"Qalatasaray" "Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarteni heyətinə qatmağı planlaşdırır.
Sportnet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, sarı-qırmızılılar Karrikin gəlişi ilə əsas heyətdə şans tapa bilməyən uruqvaylı oyunçunu rənglərinə bağlamaq istəyir.
"Qırmızı şeytanlar" onu əldən buraxmaq istəməsə də, 24 yaşlı oyunçu bu keçidə isti baxır.
İstanbul nəhəngi Uruqvay millisinin üzvünə iyunda daha bir təkıif göndərəcək.
Qeyd edək ki, Manuel Uqarte cari mövsümdə "Mançester Yunayted" forması ilə 23 oyunda meydanda olub.













































































