"Aston Villa"nın yarımmüdafiəçisi Morqan Rocers yayda klubu tərk edə bilər.
Sportnet.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu yeni məcəra axtarışındadır.
İngiltərə millisinin üzvü ilə "Liverpul", "Çelsi", "Arsenal" və "Mançester Yunayted" də yaxından maraqlanır.
Yarımmüdafiəçi noyabrda klubu ilə 6 illik yeni müqavilə imzalasa da, hər iki tərəf də qarşıdan gələn transfer pəncərəsinin ayrılıq üçün düzgün zaman olduğu qənaətindədir.
Qeyd edək ki, "Mançester Siti" yetirməsi olan Rocers cari mövsüm "Aston Villa" forması ilə 44 görüşdə meydanda olub. 23 yaşlı oyunçu bu matçlarda 10 dəfə fərqlənməyi bacarıb və 7 məhsuldar ötürməyə imza atıb.















































































