Türkiyə Super Liqası təmsilçisi "Fənərbağça" hazırda "Dinamo Zaqreb"də icarədə olan qapıçısı Dominik Livakoviçlə yolları ayıra bilər.
Sportnet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, İstanbul təmsilçisi yayda xorvatiyalı qolkiperi satmaq istəyir.
31 yaşlı əlcək sahibi ilə "Brügge" yaxından maraqlanır.
Onların əsas qapıçısı Simon Minyole karyerasını bitirəcəyini açıqladığı üçün, bu boşluğu Dominik Livakoviç ilə doldurmaq istəyirlər.













































































