'Mançester Yunayted" futbolçusu ilə yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, "qırmızı şeytanlar" müdafiəçisi Hari Maqquayr ilə sözləşmənin müddətini 2027-ci ilə qədər uzadıb.
Sazişin şərtlərinə əsasən, Premyer Liqa təmsilçisi ingiltərəli oyunçunun kontraktını daha bir il də uzada bilər.
Qeyd edək ki, Harri Maqquayr 2019-cu ildən "Mançester Yunayted"in şərəfini qoruyur.













































































