"Qalatasaray"ın müdafiəçisi İtaliya nəhəngi "Napoli"nin radarına düşüb.
Sportnet.az İtaliya KİV-inə istinadən xəbər verir ki, A Seriyası təmsilçisi "sarı-qırmızılılar"ın kot'd ivuarlı futbolçusu Vilfred Sinqoya elçi düşüb.
Neapol klubunun idman direktoru Ciovanni Manna 25 yaşlı oyunçunu əsas transfer prioritetlərindən hesab edir.
Qeyd edək ki, Vilfred Sinqo cari mövsüm "Qalatasaray" forması ilə meydanda olduğu 23 görüşdə 2 qol və 3 məhsuldar ötürməyə imza atıb.












































































