“Sumqayıt” Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 5-ci dəfə penaltidən yararlanmayıb.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, XXIX turun “İmişli” ilə səfər görüşündə (2:0) Nikola Ninkoviç 11 metrlik cərimə zərbəsindən istifadə edə bilməyib.
“Gənclik şəhəri” təmsilçisi mövsümdəki 8 belə imkanın yalnız 3-nü qola çevirib.
Bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə XXI əsrin antirekordudur. 2001-2026-cı illərdə üç dəfə bir komanda mövsüm ərzində 4 imkanı qaçırıb. “Şəfa” 2001/2002 mövsümündə 5, “Qarabağ” 2020/2021, “Sabah” isə 2022/2023 mövsümündə eyni sayda – 9 imkandan 4-dən istifadə edə bilməyib.
“İmişli” ilə görüşədək bu antirekordun şəriki olan “Sumqayıt” artıq həmin 3 komandanı da “geridə qoyub”.
Qeyd edək ki, ümumilikdə cari mövsümdə təyin olunan 60 penaltidən 48-i qolla nəticələnib. Bu zərbələrdən istifadə faizi 80-ə bərabərdir.















































































