İspaniya La Liqasının 36-cı turunda “Real Betis” doğma meydanda “Elçe”ni 2:1 hesabı ilə məğlub edib.
Sportnet.az xəbər verir ki, Sevilya təmsilçisi bu qələbə sayəsində xallarının sayını 57-yə çatdıraraq mövsümün bitməsinə iki tur qalmış ilk “5-lik”də yer alacağını rəsmiləşdirib.
Bununla da komanda klub tarixində 21 ildən sonra UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.















































































