“Fənərbağça” UEFA tərəfindən maliyyə qaydalarının pozulmasına görə cərimələnəcək.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçi Xoze Mourinyoya ödəyəcəyi məbləğin və Kərəm Aktürkoğlunun transferi üçün nəzərdə tutulan maaş xərcinin büdcəyə əlavə olunmasından sonra klubun xərc limitini aşdığı bildirilir.
UEFA artıq bununla bağlı qərarını verib və “Fənərbağça” təxminən 10 milyon avro məbləğində cərimə ödəyəcək.
Qeyd edək ki, klub tərəfindən məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


















































































