"Zirə" üçün yazılan və son anda dəyişdirilən qüsurlu təbrik
-----------------------
AFFA prezidenti Rövşən təbrik mətnində "Sabah" klubuna Azərbaycan Premyer Liqasının yox, Azərbaycan Kubokunun sahibi kimi avrokuboklarda uğurlar arzulamasının təfərrüatları müəyyənləşib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, təbrik mətni "Zirə" ilə final oyunu bitəndən sonra deyil, matçın gedişində hazırlanıb.
Baı məşqçi Rəşad Sadıqovun komandası 4-cü dəqiqədə vurduğu qolla sayəsində 70-ci dəqiqəyədək hesabda öndə olub. Bu hesabın təsiri altında "Zirə" üçün təbrik mətni hazırlanıb.
Lakin sonradan "Sabah"ın əvvəlcə bərabərlik, uzatma dəqiqələrində isə qələbə topunu vurması mətndə tələsik dəyişikliyə səbəb olub. Beləliklə, təbrik mətnindən "Zirə" sözü çıxarılıb və "Sabah"la əvəzlənib.

Amma bu zaman "Sabah"ın artıq daha əvvəl çempion kimi avrokuboklara - Çempionlar Liqasına vəsiqə qazandığı nəzərə alınmayıb.
Beləliklə, təbrik mətni həm Rövşən Nəcəfin sosial şəbəkə hesablarında, həm də AFFA-nın rəsmi saytında yerləşdirilib.
Ən qəribəsi isə odur ki, AFFA-nın rəsmi saytı da düzəliş etməyib.














































































