AFFA Apellyasiya Arbitraj Tribunalı “Neftçi” Peşəkar Futbol Klubunun cəza ilə bağlı etdiyi müraciətə baxıb.
Sportnet.az xəbər verir ki, tribunal “Neftçi”nin apellyasiya şikayətini təmin etməyib.
Qərara əsasən, Azərbaycan Premyer Liqasının XXIII turunda keçirilən “Neftçi” – “Turan Tovuz” oyununda paytaxt təmsilçisinin azarkeşləri tərəfindən təhqiredici pankart açıldığı üçün klubun 15 min manat cərimələnməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarı qüvvədə saxlanılıb.
Bununla yanaşı, tərəflərə qərardan İsveçrənin Lozanna şəhərində yerləşən İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verməyin mümkün olduğu bildirilib.














































































