Qalatasaray”ın futbolçusu Roland Sallai İngiltərə təmsilçisi "Aston Villa"nın maraq dairəsinə düşüb.
Sportnet.az xəbər verir ki, Premyer Liqa klubu təcrübəli oyunçu üçün İstanbul təmsilçisi ilə danışıqlar aparır.
"Sarı-qırmızılılar"ın 28 yaşlı futbolçunun transferi üçün 25 milyon avro tələb etdiyi bildirilib.
Məlumata görə, “Qalatasaray” rəhbərliyi seçkilərdən sonra Sallainin maaşını da artıracaq.
Qeyd edək ki, macar futbolçu bu mövsüm 46 oyunda 1 qol vurub və 6 məhsuldar ötürmə edib.











































































