Kolumbiya Futbol Federasiyası DÇ-2026-nın final mərhələsi üçün milli komandanın yekun heyətini açıqlayıb.
Sportnet.az xəbər verir ki, baş məşqçi Nestor Lorenso əvvəlcə 55 futbolçudan ibarət geniş siyahı müəyyənləşdirsə də, yekun heyətə 26 oyunçu daxil edilib.
"Qarabağ"ın hücumçusu Kamilo Duran Azərbaycan Premyer Liqasında 9, Çempionlar Liqasında isə 5 qol vurmasına baxmayaraq, nəinki 26, hətta 55 nəfərlik heyətə çağırılmayıb.
Əvəzində Lorenso 35 yaşlı Xames Rodrigesə dəvət göndərib:
Qapıçılar: Kamilo Varqas (“Atlas”, Meksika), Alvaro Montero (“Veles Sarsfild”, Argentina), David Ospina (“Atletiko Nasyonal”)
Müdafiəçilər: Davinson Sançes (“Qalatasaray”, Türkiyə), Con Lukumi (“Bolonya”, İtaliya), Yerri Mina (“Kalyari”, İtaliya), Vilyer Ditta (“Krus Asul”, Meksika), Daniel Munyos (“Kristal Pelas”, İngiltərə), Santyaqo Arias (“İndependyente”, Argentina), Johan Moxika (“Malyorka”, İspaniya), Deyver Maçado (“Nant”, Fransa)
Yarımmüdafiəçilər: Riçard Rios (“Benfika”, Portuqaliya), Cefferson Lerma (“Kristal Pelas”, İngiltərə), Kevin Kastanyo (“River Pleyt”, Argentina), Xuan Portilya (“Atletiko Paranaense”, Braziliya), Qustavo Puerta (“Rasinq”, İspaniya), Con Arias (“Palmeyras”, Braziliya), Xorxe Karraskal (“Flamenqo”, Braziliya), Xuan Kintero (“River Pleyt”, Argentina), Xames Rodriges (“Minnesota Yunayted”, ABŞ), Xamilton Kampas (“Rosario Sentral”, Argentina)
Hücumçular: Kuço (“Betis”, İspaniya), Luis Dias (“Bavariya”, Almaniya), Luis Suares (“Sportinq”, Portuqaliya), Karlos Qomes (“Vasko da Qama”, Braziliya) və Con Kordoba (“Krasnodar”, Rusiya).
Qeyd edək ki, Kolumbiya millisi dünya çempionatının K qrupunda Portuqaliya, Özbəkistan və Konqo Demokratik Respublikası yığmaları ilə qarşılaşacaq.











































































