UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsində iyulun 3-də Qəbələ şəhərində keçiriləcək "Qəbələ" - "Şiroki Briyeq" (Bosniya və Herseqovina) oyununu idarə edəcək hakimlər müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Topaz Premyer Liqasının bürünc mükafatçısının iştirakı ilə keçiriləcək ilk qarşılaşma qazaxıstanlı ədalət təmsilçilərinə həvalə edilib.
Matçın hakim-inspektoru isə Hollandiyadan olacaq.
Matçın hakim-inspektoru isə Hollandiyadan olacaq.
Baş hakim: Artyom Kuchin
Baş hakimin köməkçiləri: Yevgeniy Belskiy, Rustam Suyunov
Dördüncü hakim: Denis İzmaylov
(Hakimlər briqadası Qazaxıstandandır)
Hakim-inspektor: Cornelis A. Bakker (Hollandiya)