
AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında I Divizionun V turunda baş verənlərə hüquqi qiymət verib. Sportnet.az-ın məlumatına görə, "Neftçala" – "Şərurspor" matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
"Göyəzən" – MOİK matçında qonaq komandanın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib. Oyunun 90 + 3-cü dəqiqəsində MOİK-in futbolçusu Azər Həbibov azərkeşləri təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb və klubu 200 manat cərimə edilib.
Qusarda keçirilən "Şahdağ" və "Turan Tovuz" matçının 35-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu İqrar Səmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Nəticədə Komitə futbolçu 4 oyunluq cəza verib və "Şahdağ"ı 400 manat dəyərində cərimələyib.
"Energetik" – "Zaqatala" matçında ev sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat ödəməli olacaq. Bundan başqa oyunun 44-cü dəqiqəsində "Energetik"in futbolçusu Ruslan Həmidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılarkən hakimlər briqadasını təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb və klubunu 400 manat ziyana salıb.
"Bakı" – "Şəmkir" oyununda isə Şəmkir təmsilçisi 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimələnib. Oyunun 5–ci dəqiqəsində "Bakı"nın futbolçusu Yusup Xakimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb və kluba 20 manat cərimə yazılıb.