
Premyer Liqada 2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" klubu
daha bir futbolçu ilə müqavilə imzalayıb. Sportnet.az-ın klubun rəsmi saytına
istinadən məlumatına görə, Orxan Əliyev "Gənclik şəhəri” təmsilçisinin şərəfini
icarə əsasında qoruyacaq.
Müqavilə ilə "Xəzər Lənkəran”a məxsus olan 19 yaşlı futbolçu yaxın
1 ildə "Sumqayıt"da oynayacaq.
Qeyd edək ki, cənublular Əliyevi "Sumqayıt"dan transfer edib.