
Milli komandaların oyunları ilə əlaqədar fasilədən istifadə edən "Sumqayıt" komandası yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, "Kapital Bank Arena"da I divizionun iddialılarından "Bakı"nı qəbul edən "gənclik şəhəri" təmsilçisi 3:1 hesablı qələbə qazanıb.
Bu görüşdə "Sumqayıt"dan Amil Yunanov dubl edib. Digər qolu Pərdis Fərcad-Azad vurub. "Bakı"dan isə Vüqar Namazəliyev fərqlənib.
Əsas komanda ilə yanaşı, "Sumqayıt"ın əvəzediciləri də yoxlama oyununda qüvvəsini sınayıb. "Qarabağ"la oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.







































































