
Türkiyə Super Liqasında XIII tura yekun vurulub. Sportnet.az-ın turun son oyununda "Fənərbağça" "Trabzonspor"u qəbul edib.
Qarşılaşma "sarı-lacivərdlər"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Nani və Fernandao fərqlənib.
3 xal qazanan İstanbul təmsilçisi turnir cədvəlinin liderlik mövqeyini ələ keçirib. İkinci pillədə olan "Beşiktaş"ın aktivində 29 xal var və liderdən bir xal geri qalır. İlk üçlüyü isə 25 xalla "Akhisar" qapayır.







































































