1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Baş məqşçiyə görə klub cəzalandırıldı
AFFA-nın İntizam Komitəsi Azərbaycan I divizionunun XI turunda keçirilmiş "Neftçala" - "Şahdağ" matçında baş vermiş insidentlə bağlı qərarlarını açıqlayıb. Sportnet.az-ın məlumatına görə, meydan sahibi komanda meydanı özbaşına tərk etdyi üçün sonradan meydançaya qayıtmasına və oyuna davam etməsinə baxmayaraq 1000 manat cərimə olunub.
Matçın 36-cı dəqiqəsində azarkeşlərlə polis arasında münaqişə baş verdiyi üçün oyun 5 dəqiqə dayandırılıb. "Neftçala"nın cəzalı baş məşqçisi Kamal Quliyev oyunu tribunadan izlədiyi üçün münaqişəni sakitləşdirməyə cəhd edib və nəticəsində "Neftçala"nın futbolçuları meydançanı tərk edərək baş vermiş hadisəyə müdaxilə ediblər. Baş vermiş insident sakitləşdikdən sonra oyun bərpa olunub və sonadək oynanılıb. Meydan sahibi komanda stadionun təhlükəsizliyini lazımı səviyyədə təmin etmədiyi üçün 500 manat cərimələnib.
"Qaradağ Lökbatan" – "Şəmkir" matçının 60-cı dəqiqəsində qonaqların futbolçusu Cavid Mirzəyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançanı tərk etdiyi zaman hakimə qarşı fiziki təsir göstərdiyinə görə 5 oyun cəzalanıb, klubu isə 500 manat ziyana düşüb.
Bundan başqa "Şərurspor" – "Ağsu" matçında fasilə zamanı qonaqların məşqçisi Kənan Bayramov hakimi təhqir etdiyinə görə, 4 oyun cəzalanıb. Məşqçinin bu hərəkətinə görə klubu 400 manat ödəyəcək.