
"Neftçi"nin əvəzedici heyəti seleksiya xarakterli yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, U-19 komandasının da bir neçə üzvünün cəlb olunduğu görüş birinci divizion təmsilçisi "Şərurspor"a qarşı olub.
Oyun "Dalğa Arena" stadionunun ehtiyat meydançasında baş tutub və 1:1 hesabı ilə nəticələnib. "Neftçi"nin heyətində Şəfi Bağırov fərqlənib.








































































