Növbəti mövsümə Avstriyada hazırlaşan Ağdamın "Qarabağ” klubu dünən
daha 2 məşq keçib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən xəbərinə görə,
səhər saatlarında futbolçular fitnesə yollanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi komanda axşam məşqinə yerli vaxtla 18:00-da (Azərbaycan
vaxtı ilə saat 21:00) çıxıb.
Avstriya toplanışı çərçivəsində 4 yoxlama oyunu keçirən "ağ-göylər”
sonuncu hazırlıq matçına ilyulun 8-də çıxacaq.
Qeyd edək ki, Azərbaycan çempionu iyulun 8-də Bakı vaxtı ilə saat 21:00-da Almaniyanın 3-cü liqa təmsilçisi "Qrossaşpax”la qarşılaşacaq.