
Türkiyə I Liqasında çıxış edən "Yeni Malatyaspor" komandası "Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremlə anlaşma əldə edib. Sportnet.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, makedoniyalı yarımmüdafiəçi yeni klubunun Sidedə keçirəcəyi təlim-məşq toplanışına qatılacaq.
Baş məşqçi İrfan Buz isə transferin hələ rəsmiləşmədiyini bildirib. O, 27 yaşlı oyunçu ilə maraqlandıqlarını açıqlayıb: "Muarem siyahımızdakı futbolçulardan biridir. Danışıqlarımız davam edir. Səhv etməmək üçün transfer çalışmalarımızı rəhbərliklə birgə böyük ciddiyyətlə sürdürürük. Xüsusən, yaxşı hücumçuya ehtiyacımız var".
Muarem Muarem "Qarabağ"ı yayda tərk edib. O, "Eskişehirspor"a keçsə də, ötən ay klubla yollarını ayırıb.
Qeyd edək ki, "Yeni Malatyaspor" hazırda 21 xalla 18 komanda arasında 13-cüdür.







































































