1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çingiz Abdullayev: "Real Madrid"in prezidenti mənə məktub göndərib" - MÜSAHİBƏ
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev kulis.lent.az-ın suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, xalq yazıçısı müsahibəsində futboldan da danışıb...
- Ötən ili necə qiymətləndirirsiz? Sizin üçün necə il oldu?
- Mənim üçün çox uğurlu il oldu. Düzdür, manat iki dəfə devalvasiyaya uğrayıb, bu da işlərimizi bir qədər qəlizləşdirib. Bu il beynəlxalq mükafat (MDB ölkələrinin ulduzu) aldım, "Neftçi”yə gəldim. Sonra da Qara dəniz və Xəzər dənizi Əməkdaşlığı və Tərəfdaşlığı Beynəlxalq Fondunun Prezidenti oldum. Mənim əsərim əsasında rejissor Yavər Rzayev çəkdiyi filmin çəkilişləri bitdi, martda təqdimatı olacaq. Yəni şəxsi mənada pis il olmadı, amma təbii mən azərbaycanlıyam, bu baxımdan deyə bilmərəm ki, müsbət il oldu. Bir məsələ də var; bu böhran təkcə bizə aid deyil, bütün dünyaya aiddir. Bunu da çox yaxşı başa düşürəm.
- "Neftçi”də nə yeniliklər eləmisiniz?
- Mən gələn kimi qərara gəldik ki, birinci növbədə cavan futbolçular yetişdirməliyik. Çünki "Neftçi” Azərbaycanın brendidir və bu brendin adı altında daha çox azərbaycanlılar oynamalıdır. Mən gələndə "Neftçi”dən 1 nəfər də milli komandada oynamırdı, indi 9 futbolçu oynayır. Amma çətinliklər də var. Biz xarici oyunçular almaq istəsək də, problemlər yaşayırıq, onlara maaş dollarla ödənilməlidir.
- Məhsuldar yazıçı olmaqla yanaşı, beynəlxalq təşkilatlarda təmsil olunursuz, Azərbaycan Yazıçılar Birliyində katibsiniz. Üstəlik, ötən il "Neftçi”yə prezident gəldiniz. Bu ehtiyac haradan yarandı?
- Mənə təklif elədilər, qəbul etdim. Bəlkə o biri klublar təklif etsəydilər, qəbul etməzdim, amma "Neftçi” bizim rəmzimizdir. Buna görə də təklifi geri çevirmək olmazdı. İstəyirəm bir misal gətirim: Bu, əlimdəki sənəd Real Madridin "Annual Report”udur, klubun prezidenti mənə məktubla bir yerdə göndərib. İndi mən ona məktub yazacam, məktuba da ispan və fransız dillərində olan kitablarımı əlavə edəcəyəm.
- Sizin əsərlərinizi oxuyub, bilmirsiniz?
- Onu bilmirəm. Sözümü nəyə gətirirəm? Mən hesab edirəm ki, öz nüfuzumla "Neftçi”yə kömək edə bilərəm. Buna görə razılıq verdim.
- Bəs yazıçı kimi vaxtınıza heyfiniz gəlmədi?
- Mən uşaqlıqdan futbolu sevirəm. Məndən çox adam soruşur ki, sənin futbola getməyə vaxtın var? Nəinki futbola, hətta məşqlərə də gedirəm.
- Məşqlərdə iştirak edirsiniz...
- Nəinki məşqlərdə, keçən il iki dəfə Avstriya və Türkiyədə komandanın toplanışı olub, ikisinə də getmişəm.
- Futbolla əlaqədar beynəlxalq tədbirlərdə, görüşlərdə yazıçı Çingiz Abdullayevi görəndə təəccüblənirləmi?
- Yox. Adətən, klub prezidentləri məşhur adamlar olur. Məşqçi olsaydım, təəccüblənərdilər, mən axı Müşahidə Şurasının sədriyəm.
- Tutaq ki, bu gün səhər durub "Neftçi”yə gəlmisiniz. Burda görüşdük. Sonra nə edəcəksiz? Ümumiyyətlə günün hansı saatı yazırsınız, hər günmü yazırsınız?
- Hər gün yazmıram. Amma səhər ümumiyyətlə 9-da durmuram. Səhərlər günüm belə olur: 11-ə yaxın dururam, Yazıçılar Birliyinə gedirəm. Orda iki saat oturandan sonra bura - "Neftçi”yə gəlirəm. "Neftçi”də iki-üç saat oturandan sonra yenidən Yazıçılar Birliyinə qayıdıram. Orda da 5-ə kimi oturandan sonra tədbirlərə gedirəm. Tədbirlərsiz günüm olmur. Axşamlar həftədə bir dəfə "Neftçi”də qarşılaşma olur. Axşam evə gəlib səkkiz-ya doqquzda iki saat yatıram, sonra durub səhərə kimi işləyirəm; ya kitab yazıram, ya da oxuyurum, səhər altı-yeddiyə kimi.