1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"İnter"in gəliri və AFFA-ya borcu məlum oldu
"İnter” üçün UEFA-nın ayırdığı müvafiq vəsait AFFA tərəfindən klubun hesabına köçürülüb. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, klub üçün daxil olan ümumi vəsait 708.970 avro olub.
Bunun 40.000 avrosu 2015/16 Avropa Liqasında uzun məsafəli səyahət üçün kompensasiya, 630.000 avrosu Avropa Liqasında iştiraka görə ümumi ödəniş (solidar ödəniş), 38.970 avrosu isə Maliyyə Fair Play-inə əsasən ayrılmış vəsaitdən ibarət olub. "İnter”in AFFA-ya olan borcları tutulduqdan sonra qalıq qalan 514.203 avro klubun hesabına köçürülüb.
Beləliklə, "İnter"in AFFA-ya 194.767 manat borcunun olduğu müəyyənləşib.