Bu gün UEFA-nın mənzil qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərində Avropa futbol təşkilatının üzvü olan 54 milli assosiasiyanın prezident və baş katiblərinin iştirakı ilə informasiya mübadiləsi xarakteri daşıyan iclas keçirilir. Sportnet.az-ın məlumatına görə, iclasda federasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edir.
Yanvarın 21-də start götürən iclasa bu gün yekun vurulacaq.
UEFA-nın İcraiyyə Komitəsi qəbul olunan yeni qərarlarla bağlı milli assosiasiyaların nümayəndələrinə məlumat verib. FIFA prezidenti vəzifəsinə namizəd Gianni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.