1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Səlahət Ağayev: "O sözümdən sonra Kamranla müqavilə bağlanıldı" - MÜSAHİBƏ
"Sumqayıt"ın qapıçısı Səlahət Ağayev "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Yeni komandanızda ilk oyun Sizin üçün necə keçdi?
- "Sumqayıt" yeni yox, doğma komandadır. 3 il əvvəl də burada çıxış etmişəm. Hazırkı baş məşqçi Samir Abasovla həmin vaxt bir yerdə oynamışıq. Oyuna gəldikdə, ağır keçdi. Belə deyərdim: Komandamızın çıxışı alınmadı. "Neftçi" qələbə qazandı və bu münasibətlə rəqib komandanı təbrik edirəm. Hansısa dəyərləndirmə aparmaq istəməzdim. Uduzduqsa, yəqin ki, pis oynamışıq.
- Keçmiş komandanız "İnter"lə müqayisədə, "Sumqayıt"ın müdafiə xətti necə təsir bağışladı?
- Fərqləndirməzdim. Hər bir komandanın öz oyun üslubu var. İlk oyunlar həmişə ağır olur. Gələcəkdə yaxşı olar.
- İlk yarıda "Sumqayıt" yaxşı oynadı. Fasilədən sonra nə baş verdi ki, davamı gəlmədi?
- Heç bir şey baş vermədi. Hamı istərdi ki, əlindən gələnin ən yaxşısını etsin. Futbolda alınmayanda alınmır. Bir dəqiqə oyunun taleyini həll edir. "Neftçi" imkanından maksimum yararlanaraq, qələbə qazandı.
- Qış fasiləsində xarici klublara keçmə variantının olduğunu da deyirdiniz. Nə baş verdi ki, "Sumqayıt"ı seçəsi oldunuz?
- Xaricdən deyəndə ki, təklif qonşu ölkələrdən olub. Açığı, Türkiyə I Liqasından və Super Liqadan yaxşı təklif var idi. Getmək istəyirdim. Sadəcə, mövsümün ortası olduğundan, hansısa klubla müqavilə bağlamaq çətindir. Oynayıb, özümü yaxşı tərəfdən göstərib, yayda xaricə üz tutmaq istəyirəm.
- "İnter"ə yeni klub prezidenti gəldi, maddi vəziyyət nisbətən düzəldi. Bunlara rəğmən, klubdan ayrılmağına peşman deyilsən?
- Xeyr. Bir kapitan kimi yeni klub prezidenti Rəşad Qasımovla ilk olaraq, özüm söhbət etmişəm. Hər şey qarşılıqlı razılıq əsasında oldu. O klubdan inciməmişəm. Böyük futbolda ən böyük uğurlarımı "İnter"Ə borcluyam. "İnter"in mənə çox köməyi dəyib. Sadəcə, təkcə futbolda deyil, başqa sahələrdə də iş yerini dəyişmə halları baş verir və bunlar da normal qarşılanmalıdır.
- Çoxları Sizi "Sumqayıt"a yaraşdırmır, hətta maddi sıxıntıları olan "İnter"də qalmağınızı daha düzgün addım sayır...
- Düzdür, "İnter" "Sumqayıt"dan daha təcrübəli və avrokubok təcrübəsinə malik komandadır. Amma indiki vəziyyətdə hansı klubun qitə miqyasına çıxacağını demək çətindir.
- Ola bilərmi ki, "İnter"ə qayıtmamağınız "bankirlər"in Kamran Ağayevi transfer etməsi ilə əlaqədar oldu?
- Əsla. Kamranın özü də mənə zəng vurdu. "İnter"ə transfer variantının olduğunu söylədi. Məşqçilər heyətindən də zəng gəldi. Soruşdular ki, "İnter"ə qayıtmırsan? Mən "yox" cavabı verdikdən sonra Kamranla müqavilə bağladılar.