İyulun 10-da UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsinin cavab oyununda səfərdə "Şiroki Briyeq"lə qarşılaşacaq "Qəbələ" dünən Bosniya və Herseqovinanın Mostar şəhərində ilk məşqinə çıxıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında keçirilən hazırlıq prosesi "Şiroki Briyeq"in Mostardakı bazasında reallaşıb.
Məşq zamanı komanda toplu və topsuz çalışmalar yerinə yetirib. "Qəbələ"nin matçöncəsi son məşqi bu gün axşam saatlarında gerçəkləşəcək.
Qeyd edək ki, iyulun 10-da "Pekara" stadionunda keçiriləcək "Şiroki Briyeq" - "Qəbələ" matçı Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.