1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ramin Musayev: "Sanki Xaqani Məmmədov xalq düşmənidir" - MÜSAHİBƏ
Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Klublar Komitəsinin bugünkü iclasında iştirak edib. Sportnet.az-ın məlumatına görə, PFL rəhbəri ilk olaraq iclasda müzakirə olunan məsələlərdən söz açıb.
R.Musayev klublarla ümumi söhbətin olduğunu deyib: "Od çərşənbəsində yığışmışdıq. Klublar Komitəsi də hədiyyəmizi verir, gedirik. Klublarla ümumi söhbət oldu. Martın 11-də AFFA Konfransından öncə İcraiyyə Komitəsinin iclasında klubların durumu ilə bağlı ən vacib legioner rüsumu ilə bağlı idi. Onu da danışıb razılığımızı verdim. Çünki hər bir klubun problemi bizim problemimizdir. Razılaşdıq. Hər bir əcnəbi futbolçuya 5000 manat ödəyəcəklər. 15 min manat endirim etdik".
Daha sonra qurum rəhbəri jurnalistlərin suallaırnı cavablandırıb:
- Birdən-birə 15 min manat...
- Niyə də yox? Axı o vaxt 20 min manat rüsum o fikirlə qoyulmuşdu ki, Azərbaycan Premyer Liqasına gələnlər səviyyəli oyunçular olsunlar. Onların gediş-gəliş, qalma xərclərini nəzərə alaraq, belə bir məbləğ müəyyənləşdirilmişdi. Lakin bu gün legionerlərin də sayı azalıb, klubların maddi durumu da əvvəlki kimi deyil. Bütün bunları nəzərə alaraq, rüsumun 5 min manat olmasını təklif etmişik. Amma bu, o demək deyil ki, təklif qəbul olunacaq. Yəqin ki, qəbul olunar.
- Əvvəllər 20 min manat rüsum qoyulsa da, ildən-ilə yarıbayarı azaldılırdı. Üstəlik, öz ölkələrinin milli komandalarında oynayan əcnəbilər üçün rüsum ödənilmirdi. Bəs bu məsələlər necə həll olunacaq?
- Artıq belə hallar olmayacaq. Bütün legionerlər üçün eyni məbləğdə - 5 min manat rüsum ödəniləcək. Fərq qoyulmayacaq.
- Limit məsələsi necə, müzakirə olundu?
- Xeyr. Limitlə bağlı yeni bir şey yoxdur.
- I Divizionun "Şərurspor" - "Göyəzən" matçı və digər şübhəli oyunlarla bağlı nə zaman ciddi qərarlar qəbul olunacaq ki, belə halların qarşısı birdəfəlik alınsın?
- PFL-in bununla bağlı qərar qəbul etməyə ixtiyarı yoxdur. AFFA-da müvafiq komitə var. Həmin komitə şübhəli oyunları araşdırır.
- Amma indiyədək heç vaxt araşdırmalar müsbət nəticə verməyib?
- Rusların bir sözü var: "Tutulmayan oğru deyil". Gərək sübut edəsən.
- Nəyə görə bütün dünyada bu, sübut olunur, yalnız Azərbaycanda yox?
- Harda sübut olunub? Yalnız İtaliyada "Yuventus"a ciddi cəzalar verilib. Vəssalam! Türkiyədə "Fənərbağça"nın danışılmış oyunlarda iştirakına dair məsələ qaldırılmışdı. Niyə aşağı liqaya göndərmədilər?
- Hər halda avrokuboklardan kənarlaşdırdılar...
- I Liqaya göndərilməli deyildimi? Niyə getmədi? Deməyin ki, bircə Azərbaycandadır. Azərbaycandan gözəl dövlət, gözəl məkan yoxdur. Gəlin, belə deyək ki, həmin şübhələri Gəlin, belə deyək ki, əlimizdə lazımı qədər imkan yoxdur. Deyilən anları tam sübut etmək üçün materiallar yoxdur. Olsa, heç kimi gözləməyib cəza verərəm.
- Xaqani Məmmədovun qalmaqallı videosunda sübut var idi...
- Sualıma cavab ver: Xaqani Məmmədov nə edib? Onun vəkili deyiləm. 2001-ci ildə kiməsə 1 şillə vurub. Tutub onu içəri salaq? Nə edib Xaqani Məmmədov? Əcəb edib. Elə danışırsız ki, Sanki, Xaqani Məmmədov xalq düşmənidir. Niyə ona başqa nöqteyi-nəzərdən baxırsız? Məsələn, Xaqani Məmmədov Hakimlər Komitəsinin sədri olandan sonra hakimlərimizin səviyyəsi qalxıb. Baxın, Ömər Paşayev, Rəvan Həmzazadə, Əliyar Ağayev, Rəhim Həsənov kimi hakimlər yetişib. Əvvəl bunlar 15 ilə yetişirdi, indi 3 ilə. Rüşvətin yığışdırlmasına baxın. Belə şeylərə diqqət edin. Bunların səbəbkarı Xaqanidir. Əmimoğlu, xalamoğlu, yerlim deyil. İnsan düzün danışmalıdır, vicdanla danışmalıdır. Kimlərəsə xoş gəlsin deyə danışmaq düzgün deyil. Mən əsgərlikdə olanda bir litvalını döyüb, şikəst etmişdim. İndi məni tutmalıdırlar. Həmin söhbətdir. 2001-ci ildə nəsə olub deyə o, cəzalanmalıdır? Bu Xaqaniyə ləkə yaxmaq üçün addımdır. Onu ortaya çıxaran insanlar niyə 15 ildə bunu etmədi? Əliyar Ağayev Avroliqanın qrupunda oyun idarə etdi deyə, ortaya çıxardılar. Budur bizim paxıllığımız.
- Bizim ona paxıllıq etmək üçün səbəbimiz yoxdur...
- Sizin yox, bəzi insanların.
- Mövsümün ikinci yarısında hakimlərin idarəçiliyi sizi qane edir?
- Hakimliyin qane etməsi sualı düzgün deyil. Vacib odur ki, qərəz olmasın.
- "Zirə” - "Neftçi” (3:0) oyununda Fariz Yusifovun Cavid İmamverdiyevə qırmızı vərəqə verməsi qonaqların konkret narazılığına səbəb oldu və məğlubiyyəti bununla əlaqələndirdilər...
- Eşitməmişəm. "Neftçi” rəhbərliyi ilə bu gün yanbayan oturmuşduq, bu barədə heç nə demədilər. Heç etiraz etməyiblər.
- Oyundan sonra futbolçular, məşqçilər narazılıq edirdi. Hətta "Neftçi”nin məşqçisi Səttar Əliyev bu barədə protokola da yazıb...
- Həmin epizodda hakimin səhvi olub. Amma məğlubiyyəti sırf buna bağlamaq olmaz. Hakim günahından komanda 1:0 uduzar, 3:0 yox.
- İclasda başqa məsələ müzakirə olundu?
- Yox. Gənc oyunçuların transferi ilə bağlı da məsələ müzakirə olundu. Başqa heç bir şey olmadı.