1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Məmmədov futbol liqalarını tənqid etdi
"Premyer Liqadakı 10 komandadan 6-nın Bakıda məskunlaşması bizi narahat edir". Sportnet.az-ın məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov hesabat-seçki konfransındakı çıxışında deyib.
O, bölgə komandalarına daha diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb: "Regionlarda azarkeşlərin oyunlara daha çox gəlməsi bizə bir mesajdır. Biz bölgə komandalarına diqqəti artırmalıyıq".
E.Məmmədov 2009-cu ildə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi "Hər klubun öz stadionu olmalıdır" qərarının müsbət nəticə verdiyini vurğulayıb.
Baş katib Azərbaycanın peşəkar liqalarındakı vəziyyəti də tənqid edib. O, ötən mövsüm "Araz Naxçıvan"ın Premyer Liqada mübarizəni erkən dayandırmasını və I Divizionda yüksək yerlər tutan komandaların lisenziya ala bilmədiklərini vurğulayıb: "Ağsu" və "Şahdağ" lisenziyadan imtina etdi. Bu, düzü, bizim zəif tərəfimiz idi. I Divizionda iştirak edən klublarımız lisenziyalaşmaya ciddi yanaşmırlar. Premyer Liqa və I Divizion arasında kəskin fərq var".
E.Məmmədov klublarda maliyyə problemlərinə də diqqət çəkib: "Bunun səbəblərini bilirik. Problemlər əcnəbi futbolçularla dollarla müqavilənin bağlanması ilə əlaqədardır. Klublar büdcələrini azaltmağa məcburdurlar".