1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Həftədə 1-2 dəfə məktublaşırıq" - MÜSAHİBƏ
Bakı "İnter”inin prezidenti Rəşad Qasımov jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir...
- Komandanın hazırkı durumu sizi qane edirmi?
- Bir komanda kimi qane edir. Ola biər ki, bəzi nəticələri yox. Ancaq ümumilikdə razıyam.
- "Rəvan”la növbəti oyundan nə gözləyirsiniz?
- Asan oyun gözləmirik. Rəqibimiz son pillədə getsə də, yetərincə təcrübəli futbolçuları var. "Rəvan” bizimlə ölkə kubokunun ilk oyununda olduğu kimi süpriz göstərə bilər. Bizə kifayət qədər gözəl qollar vura bildilər. Ancaq cavab oyununda "İnter” yenidən öz oyununu sərgiləməyə, qələbə qazanmağa çalışdı. Böyük hesabla qalib gəlsək də, yenə oyunmuzda problem mövcuddur. Təbii ki, komandanın öz oyun üslubu var və ona sadiq qalacağıq. Təəssüf ki, Nizami Hacıyevi təxminən 20 gün müddətinə itirmişik. Ancaq hesab edirəm ki, komandada çox futbolçu var. ”Rəvan”a bir daha qalib gəlməyə çalışcağıq.
- "İnter” ölkə kubokunda da mübarizə aparır...
- Açığı, çox sevindim ki, bizə yarımfinalda rəqib olaraq, "Qarabağ düşdü. Çünki "İnter”in bu komanda ilə oyunu kifayət qədər yaxşı alınır. Güclü rəqiblə oyunda maksimal konsentrasiya olmağa, öz oyununun yaxşı cəhətlərini göstərməyə çalışırsan. Yəqin ki, indiyədək olduğu kimi, yenə alınar. "Qarabağ”la ardıcıl 3 oyunumuz olacaq. Hesab edirəm ki, bu, Azərbaycan futbolu üçün bayramdır.
- Komandanın heyətində yaxın gələcəkdə hansısa dəyişiklik gözlənilirmi?
- Bu, mövsümün sonunda bəlli olacaq. Biz indidən hansısa planlar qururuq. Ancaq bunu hələ ki açıqlamaq tezdir. Yəqin ki, mövsümün sonuna yaxın edərik. Komandanın hazırda oyunu kifayət qədər xoşuma gəlir.
- Artıq bəzi klublar ev oyunlarına bilet satışını təşkil edir. "İnter” bunu həyata keçirməyi düşünürmü?
- Düşünmüşdük. Ancaq indi bizə tribunaların dolması lazımdır. İstəyirik ki, daha çox azarkeş cəlb edək. Bilet satmaq həmişə mümkündür. Əsas odur ki, tribunalar dolsun.
- "İnter” üçün aktual məsələrdən biri də klubun keçmiş futbolçularına, məşqçilərinə borclu olmasıdır. Bununla bağlı yenilik var?
- 99 faiz futbolçularla razılaşma əldə olunub. Yaxlın vaxtda bütün borclar bağlanacaq.
- 1 faiz kimlərdir?
- "İnter”dən kifayət qədər futbolçu gedib. Hazırda Azərbaycanda olmayan futbolçularla danışqılar aparmaq bir az çətindir. "İnter”in 2015-ci ilin iyunundan bəri cari il üçün heç bir borcu yoxdur. Bütün borclar həmin vaxtadək yığılıb. Onun da çoxunu bağlamışıq.
- Bu haqda UEFA-nı məlumatlandırmısınız?
- Son vaxtlar UEFA ilə çox sıx əlaqələrimiz olur. Həftədə 1-2 dəfə məktublaşırıq.
- "Zirə”nın Avropa Liqasında çıxış etmək hüququnun olmaması "İnter”in şanslarını artırır?
- "İnter”in Azərbaycan çempionatında rəqiblərindən asılı olmayaraq avrokuboklarda oynamaq, ilk 2 yer uğrunda mübarizə aparmaq iddiası həmişə var. Bu iddia avrokuboklarda oynayıb-oynamamağımızdan asılı olmayaraq, sonadək qalacaq. "Zirə” Avropa Liqasında oynadı-oynamadı, bunun "İnter”in iddiasına heç bir aidiyyatı yoxdur.