19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund mərhələsində çıxış edən Azərbaycan yığması bu gün sonuncu oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, Patrisiya Qonsalesin yetirmələri İrlandiyanın paytaxtı Dublində keçirilən mərhələdə son olaraq qrup lideri Almaniya tərəfindən darmadağın olunub – 1:5. Maraqlıdır ki, oyunda hesabı 28-ci dəqiqədə qızlarımız açıb. Ancaq Aysun Əliyevanın vurduğu bu qol bizə sonda baha başa gəlib.
Qeyd edək ki, millimiz qrupu 1 xal son pillədə bitirib. Mübarizəyə Polşa ilə qolsuz bərabərliklə başlayan qızlarımız daha sonra irlandlara böyük hesabla uduzub - 0:3. Qrub lideri kimi final mərhələsinə isə yüzfaizli nəticə göstərən almanlar çıxıb.