
Avropa Liqasının II təsnifat mərhələsində "Elfsborq"un qonağı olacaq Bakının "İnter" klubu İsveçə çatıb. Sportnet.az-ın məlumatına görə, Bakı - Göteborq çarter reysi bu Skandinaviya ölkəsinə yollanan Azərbaycan vitse-çempionu daha sonra oyunun keçiriləcəyi Boras şəhərinə çatıb.
Zədəli olmasına baxmayaraq, "İnter"in yarımmüdafiəçisi Elvin Məmmədov komandasını yalnız buraxmayıb və səfərə yollananlar sırasındadır.
Bu komandalar arasında keçiriləcək ilk oyun iyulun 17-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, təkrar qarşılaşma "Şəfa" stadionunda 1 həftə sonra keçiriləcək. İyulun 24-də baş tutacaq görüş saat 21:00-da start götürəcək.