Əvəzedici heyətlərin ölkə birinciliyində XXX turuna bu gün keçirilən bir oyunla start verilib. Sportnet.az-ın məlumatına görə, "Qəbələ" doğma meydanda "Rəvan"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin heyətində Ülvi İsgəndərov het-trik edib və Ramil Hasanov bir qol vurub.