Sabah Azərbaycan Premyer Liqasında 30-cı tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, tura açılış edəcək "Qəbələ" autsayder "Rəvan"ı qəbul edəcək. Roman Qriqorçukun yetirmələri son 5 oyunda qələbəsizlik sindromunu qırmaq üçün əla imkana qazanıb. Hər halda, rəqib son pillənin sahibi "Rəvan"dır. Ancaq digər tərəfdən, qəbələlilər bu komandanı səfərdə məğlub etməyi bacarsa da, evdə yenə bilməyib - 1:1.
Sözsüz ki, turun mərkəzi oyunu "Neftçi" - "Qarabağ" derbisi olacaq. 1992-ci ildən keçirilən Azərbaycan milli çempionatının hamısında iştirak edən komandalar cari mövsümdə 4-cü dəfə üzləşəcəklər. "Neftçi" tarixi rəqibin qarşısında bu çempionada 3-cü baş məşqçi ilə çıxacaq. Belə ki, Vəli Qasımovdan öncə baş məşqçi postunda olan Samir Əliyevlə Əsgər Abdullayev də son 2 mövsümün çempionu ilə üzləşiblər. "Qarabağ" ardıcıl 3-cü çempionluğunu qazanmağa, "Neftçi" isə Avropa Liqasına düşməyə çalışır.
Şənbə günü keçiriləcək "Kəpəz" - "İnter" matçı da az maraq doğurmur. Bu komandalar turnir cədvəlində qonşudurlar. Onlar bürünc medal uğrunda gərgin mübarizə aparırlar. "Kəpəz"lə "İnter"in görüşündə tərəflərdən ən azı birinin xal itirəcəyi qaçılmazdır. Turnir cədvəlində 5-ci pillədə olan "Qəbələ" üçün həm bu amil, həm də asan sınaq qarşısında olması bürünc medal uğrunda mübarizədə işinə yarayır.
Bazar günü hər 2 matç paytaxtın qəsəbələrində - Zirədə və Şüvəlanda olacaq. Gümüş medala ən real namizəd "Zirə"nin autsayder "Xəzər Lənkəran"la matçda qələbə şansı yüksəkdir. AZAL-ın rəqibi də turnir cədvəlində son pillələrdə gedən komandadır. 8-ci pillədə olan "Sumqayıt"ın çempionatı elə bu mövqedə bitirəcəyi gözlənilir.
15 aprel
16:00. "Qəbələ" – "Rəvan"
Hakimlər: Rauf Cabbarov, Mübariz Haşımov, İsgəndər Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ. Qəbələ şəhər stadionu
16 aprel
13:30. "Kəpəz" – "İnter"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə. Gəncə şəhər stadionu
16:00. "Neftçi" – "Qarabağ"
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Rövşən Əhmədov
Bakı. "Bakcell Arena"
17 aprel
16:30. "Zirə" – "Xəzər Lənkəran"
Hakimlər: Rəvan Həmzəzadə, Munis Abdullayev, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. Zirə İdman Kompleksinin stadionu
19:00. AZAL – "Sumqayıt"
Hakimlər: Fariz Yusifov, Vaqif Musayev, Azər Əsgərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. "AZAL Arena"
Qeyd: Turun bütün oyunları CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.