1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Almaniya futbolunda yeni prezident
Raynhard Qrindel Almaniya Futbol İttifaqının (DFB) prezidenti seçilib. Sportnet.az-ın məlumatına görə, seçki DFB-nin İcraiyyə Komitəsinin növbədənkənar yığıncağında baş tutub.
Qrindel alternativsiz və yekdilliklə bu vəzifəyə layiq görülüb. O, məqsədinin həvəskar və peşəkar futbolda maraqları birləşdirmək, Almaniya futbolunun mövqelərini ölkə xaricində möhkəmləndirməkdən ibarət olduğunu bildirib.
Qeyd edək ki, DFB-nin yeni prezidenti əvvəllər qurumun xəzinədarı olub. Qurumun əvvəlki rəhbəri Volfqanq Nirsbax isə 2015-ci ilin noyabrında qalmaqallardan və FİFA məmurları ilə korrupsiya əlaqələrinə dair ittihamlardan sonra istefa verib. Almaniya millisi 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb.