1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Zirə" "Napoli" və "Borussiya" ilə bir arada qala biləcəkmi?
Bu gün Azərbaycan Premyer Liqası üçün tarixi gün ola bilər. Sportnet.az-ın məlumatına görə, "Qarabağ" 2015/16 mövsümünün qalibi olmasının rəsmiləşdirmək üzrədir. Bunun üçün Qurban Qurbanovun komandasına "Zirə" ilə səfər matçında qalib gəlmək lazımdır.
Ağdam təmsilçisinin qələbəsi ardıcıl 3-cü çempionluğunu qazanması ilə yanaşı, digər tərəfdən, rəqibin özünəməxsis rekordunun qırılması demək olacaq. Axı "Zirə" Premyer Liqada debüt mövsümünü keçirməsinə baxmayaraq öz meydanında hələ də uduzmayıb. Düzdür, Adil Şükürovun yetirmələri cari mövsümdə evdə bir dəfə məğlubiyyət acısı dadsalar da, bu, ölkə kubokuna təsadüf edib. Onda "Qəbələ" ilə 1/4 final matçında 1:2 hesablı məğlubiyyət qeydə alınıb.
Çempionatda isə məğlubedilməzlik davam edir. Hətta "Qarabağ" mövsümün ilk yarısında Zirədə qələbəni bayram edə bilməyib. Həmin matçda qolsuz bərabərliklə nəticələnib. "Zirə" liderə yenə uduzmazsa, seriyanın cari mövsümün sonunadək davam etdirə biləcəyini böyük ölçüdə həll edəcək. Düzdür, debütantın həmin "Qəbələ" və "Kəpəz"lə öz meydanında oyunlarının qaldığını da unutmamalıyıq.
Əslində, "Zirə" kimi "Qarabağ" da cari çempionatda evdə yenilməyib. Ağdam klubu kubokda da belə seriyaya malik olduğundan, ümumiyyətlə, cari mövsümdə öz meydanında məğlubedilməzdir. Ancaq hər halda, bütün milli çempionatların iştirakçısı olan "Qarabağ"dan fərqli olaraq zirəlilərin Premyer Liqada ilk mövsümü olduğundan, onun nailiyyəti daha çox diqqət çəkir.
Adil Şükürovun yetirmələrinin uğuru Avropanın ən güclü çempionatları sayılan "Böyük Beşlik"lə müqayisə oluna bilər. Təsəvvür edin ki, ardıcıl 5-ci çempionluğunu rəsmiləşdirən "Yuventus", İspaniya Primerosunun lideri "Barselona", Fransa çempionluğunu çoxdan təmin etmiş PSJ, Almaniya Bundesliqasında və İngiltərə Premyer Liqasında qalibiyyətin bir addımlığında olan "Bavariya" ilə "Lester" də evdə məğlub olublar. Bu 5 çempionatda yalnız 2 komanda öz meydanında uduzmayıb. Bunlar İtaliada və Almaniyada 2-ci yerdə gedən "Napoli" ilə Dortmund "Borussiya"sıdır. Fərq ondadır ki, bu komandalar çempionatda evdə 14, "Zirə" və eyni zamanda "Qarabağ" 12 oyunda uduzmayıblar. İstənilən halda, xüsusilə debütantımız Avropanın tanınmış komandaları kimi evdə məğlubedilməzliyi ilə öyünə bilər.
Xatırladaq ki, "Qarabağ" bu gün uduzmazsa, çempionluğunu rəsmiləşdirə bilməyəcək. Çünki xalların bərabər olması mümkündür və bu halda "Qızıl oyun" qaydası qüvvəyə minəcək. Ağdam təmsilçisi "Zirə" ilə heç-heçə edərsə, ən azı həmin həlledici matça vəsiqəni təmin edəcək.