1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robert Prosineçki: "Qəbələdəki nəticə mənim üçün sürpriz olmadı" - MÜSAHİBƏ
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin Sportnet.az-a müsahibəsi
- "Qarabağ" - "İnter" oyunu haqda düşüncələrinizi bölüşərdiniz...
- Bu, artıq fərlqi matç idi. İlk oyunda "Qarabağ" 4:0 hesablı qələbə qazanmışdı. Bu nəticədən sonra cavab matçında ikinci heyətlə oynayacağı normal idi. İstənilən halda, "Qarabağ" güclü komandadır və cavab matçında qalib gəlməyi bunu göstərir. O, istənilən heyətlə nəticə qazanmalı olan komandadır. "İnter" indi "Qarabağ"la eyni vəziyyətdə deyil.
- Digər yarımfinalda "Neftçi"nin "Qəbələ"yə qalib gəlməsi sizin üçün sürpriz olmadı?
- Oyunu televiziyadan izlədim. Nəticə mənim üçün elə də sürpriz olmadl. Ola bilər ki, "Qəbələ" daha yaxşı oynadı, daha güclü idi. Ancaq "Neftçi" qalib gəldi. Oyun sonrası penaltilər isə artıq lotereyadır.
- Hər iki yarımfinal matçında azərbaycanlı futbolçular hətta penaltiləri dəqiq yerinə yetirə bilmədilər. Bu haqda nə düşünürsünüz?
- Penaltilər istənilən halda lotereyadır. Burada bəxt amili rol oynayır. Dünən Çempionlar Liqasında dünyanın ən yaxşı futbolçuları 11 metrlik cərimə zərbəsindən qol vura bilmədilər. Yəni bu, hər yerdə ola bilir.