
İspaniya Super Kuboku uğrunda "Atletiko" və "Real Madrid" komandaları arasında keçiriləcək matçların tarixi müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, ilk qarşılaşma avqustun 19-da "Santyaqo "Bernabeu"da baş tutacaq.
Cavab görüşü avqustun 22-də "Visente Kalderon"da olacaq.
Qeyd edək ki, 2013-2014-cü il mövsümündə "Atletiko" çempionluq, "Real Madrid" kuboku qazanıb. Super Kubokun hazırkı sahibi ötən il "Atletiko"dan 2 oyunun nəticəsində (səfərdə - 1:1, evdə - 0:0) üstün olmağı bacarmış "Barselona"dır.







































































