Mirça Luçeskunun Rusiya "Zenit"inə baş məşqçi təyinatı ilə bağlı maraqlı məlumat yayılıb. Sportnet.az xəbər verir ki, Sankt-Peterburq klubunun rəhbərliyi bu posta rumıniyalı mütəxəsisisi gətirməzdən öncə Anatoli Timoşukla məsləhətləşib.
Hazırda "İnter"in sabiq baş məşqçisi Kaxaber Tsxadadzenin rəhbərliyi altında Qazaxıstan "Kayrat"ında oynayan 37 yaşlı ukraynalı yarımmüdafiəçi Luçeskunu yaxşı tanıyır. Timoşuk "Şaxyor"da onun baş məşqçiliyi dövründə oynayaraq kapitan da olub. Sonradan o, "Zenit"ə məhz Donetsk klubundan keçib. "Zenit" rəhbərliyi ilə söhbətləşən Timoşuk Luçesku haqda əla tövsiyə verib və onu işlədiyi məşqçilər arasında ən güclülərdən biri adlandırıb.