"Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanovun Sportnet.az-a müsahibəsi
-Müşahidə Şurasının bugünkü iclasında baş məşqçi məsələsi müzakirə olunacağı gözlənilirdi. Bununla bağlı nə deyə bilərsiniz?
-Çingiz Abdullayevin sərdliyi ilə Müşahidə Şurasının bu gün iclası oldu. Ancaq baş məşqçi Vəli Qasımovun postundan gedişi ilə bağlı konkret söhbət olmadı. O, hələ ki vəzifəsində qalır. Qasımova şans verilib.
-Vəli müəllim iclasda iştirak edirdi?
-Yox.
-Bəs əsas müzakirə mövzunuz nə oldu?
-"Neftçi”nin ötən mövsümkü çıxışı. Komandanın son 1 ildə çıxışına qiymət verdik. Nəticə qənaətbəxş sayıldı. Qarşıya qoyulan vəzifə avrokuboklara çıxmaq idi ki, bu da yerinə yetirildi. Biz ilk üşlüyə düşməyi qarşımıza məqsəd qoymamışdıq və bununla bağlı çempionatın əvvəlindən açıqlama olmuşdu. Gənc futbolçular yetişdiririk. Əsas öz futbolçularımıza şans veririk. Hamısı gənc oyunçulardır, yaxşı oyun göstərirlər. Onlarla gələn mövsümə ümidlərimiz böyükdür. Ola bilsin, bəlkə 1-2 yeni futbolçu cəlb etdik. Komandamız iyunun 10-da yığışaraq Avropa Liqasına hazırlığa başlayacaq.
-Dediyiniz kimi, Vəli Qasımov hələ ki postundan qalır. Ola bilər ki, paralel olaraq yeni baş axtarışı da olsun?
-Bir ara belə söhbət olmuşdu. Ancaq gördük ki, bu futbolçularla Vəli Qasımov dil tapmağı bacarıb. Onun oyunçulara qarşı yaxşı münasibəti göz qabağında oldu. Ona görə Qasımovun gedib-getməməyi ilə bağlı müzakirə olmadı.
-Əlbəttə, "Neftçi”nin Avropa Liqasında mərhələ adlamasını istəyirik. Ancaq necə deyərlər, şər deməsən, xeyir gəlməz. Birdən komanda mərhələ keçməsə, ötən ilki ssenari təkrarlana bilərmir? O vaxt baş məşqçi olan Samir Əliyevin yerinə mütəxəssis axtarışı gündəmə gəlmişdi...
-İndi yox, o vaxt fikirləşmək olar. İndi bütün gücümüzü Avropa Liqasına vermişik. Azarkeşlərimizin, xalqımızın futbol bayramında sevindirmək istəyirik. Hər halda, komandanı Avropa Liqasına Vəli Qasımov çıxardığından, ona şans verməliyik. O da söz verib, görək necə olacaq. 5-10 günə növbəti toplantımız olacaq.
-Maraqlıdır, Vəli Qasımov nə söz verib?
-Bir-iki mərhələ adlamaq.
-Sizcə, "Neftçi”nin hazırkı potensialı buna imkan verir?
-Futbolçularımız hələ ki gəncdirlər. Ancaq mənə elə gəlir ki, "Neftçi”nin Avropa Liqasında təcrübəsi var. Düşünürəm ki, ən azı bir mərhələni keçməliyik. Birini keçək, sonra söhbət edərik. Məncə, indiki futbolçularımız Avropa Liqasında mərhələ keçməyə qadirdirlər və buna nail olacaqlar.
-Bilmək istərdik ki, menecerlər vasistəsilə "Neftçi”yə baş məşqçi postuna namizədliyini verərnlər varmı?
-Var. Eşitdiyimə görə, 4-5 məşqçi namizədliyini verib. Ancaq heç birinin üzərində durulmayıb və Vəli Qasımova şans verilib.
-Yəqin ki, bunlar əcnəbilərdir...
-Bəli.
-Daha çox Bakıya gələn gürcü mütəxəssis Şota Arveladzenin da hallanırdı...
-Elədir. Ancaq mənə elə gəlir ki, o, Tel-Əviv "Makkabi”sinə gedir.
-Mən belə düşdüm ki, indi dövrdə Vəli Qasımovun baş məşqçi postunda qalmasını daha məqsədəuyğun sayırsınız...
-Bəli. Hesab edirəm ki, o, bu futbolçularla normal yoluna davam edəcək.
-"Neftçi” ölkə kubokuna finalına çıxsa da, mövsümü nəinki titulsuz, mükafatsız, özü də 6-cı yerdə başa vurdu. Bu nəticə şəxsən sizi nə dərəcədə razı saldı?
-Mən bu məqamı iclasda da dedim ki, çempionatda 6-cı yer "Neftçi” üçün yaxşı nəticə deyil. Ancaq bu da bir sınaq idi. Növbəti mövsümdə də belə nəticə olsa, deməli, nəsə düzgün iş görməmişik, futbolçuları düzgün yönləndirə bilməmişik.