1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qay gənclər üçün əla nümunədir"
"Aleksey Qay "Qəbələ"də qalmır. Ondan gedişi ilə bağlı soruşdum və Ukraynaya qayıtmaq barədə qərar qəbul etdiyini bildirdi". Sportnet.az-ın məlumatına görə, bunu "Sport-Express Ukrayna"ya açıqlamasında "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı yarımmüdafiəçinin "qırmızı-qaralar"dan getməsinə münasibət bildirən 51 yaşlı mütəxəssis həmyerlisinin gənclər üçün əsl nümunə olduğunu bildirib: "Qay fikrini dəyişməyə meylli insanlardan deyil və onları fikirlərindən döndərmək cəhdləri tamamilə faydasızdır. Bu cür insanların həyatlarında hər şey mütəşəkkildir. Onun "Şaxtyor"dan "Çernomorets"ə gəlişini xatırlayıram. Bir neçə dəfə onunla danışdıq və onun həyatındakı dəyişikliklərə necə hazırlaşmasından böyük zövq aldım. Ailəsini necə diqqətlə idarə edir, Odessadakı işini hər xırda detalına qədər təşkil edirdi. Artıq başa düşdüm ki, mən möhtəşəm bir şəxslə məşğul oluram. Birgə əməkdaşlıq etdiyimiz üçün Alekseyə öz təşəkkürümü bildirirəm. Mənim üçün Qay yüksək peşəkarlığın bariz nümunəsidir. Əminəm ki, bu cür insanın yanında hər bir həmkarı güclü və daha yaxşı olur. Əlbəttə, o, gənclər üçün əla nümunədir".
Qeyd edək ki, Aleksey Qay 2014/2015 mövsümünün qış transfer pəncərəsində "Qəbələ"yə keçib.