1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cəlilovla döyüldüyü bildirilən keçmiş jurnalist danışdı
"Zirə" klubunun yeni transferi Tural Cəlilov həvəskar komandalar arasındakı oyun zamanı hakimi döyməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Sportnet.az-ın məlumatına görə, 30 yaşlı müdafiəçi "Report"a açıqlamasında Xaçmazın Yergüc kəndində Xaçmaz və Qusar komandaları arasında keçirilmiş oyunda tamaşaçı kimi iştirak etdiyini söyləyib.
Onun sözlərinə görə, hadisə heç də yazıldığı kimi olmayıb: "Bir xaçmazlı kimi oyunu izləməyə getmişdim. Nə futbol oynamışam, nə də davada iştirak etmişəm. Mən də, "Xəzər Lənkəran"dakı keçmiş komanda yoldaşım Vaquf Güləliyev də oyuna baxmağa getmişdik. Adi oyun epizodu idi. Hakim Xaçmaz komandasının qapısına penalti təyin etdi. Halbuki həmin epizodda penaltidən söhbət gedə bilməzdi. Buna görə mübahisə yarandı. Kənd stadionlarında tamaşaçılar oyuna meydançanın kənarından baxırlar. Buna görə onlar da asanlıqla içəri girə bilirlər. Yüngül insident oldu. Tərəfləri ayırdılar, qurtardı getdi".
Hadisə zamanı döyüldüyü bildirilən hakim isə keçmiş jurnalist, əvvəllər "Xəyal TV"nin icraçı direktoru vəzifəsində çalışmış, Quba hadisələrinə görə bir müddət həbsdə saxlanıldıqdan sonra şərti azadlığa buraxılmış Vüqar Qonaqov olub. V.Qonaqov Tural Cəlilovla Vaquf Güləliyevin Xaçmaz komandasının heyətində yer aldığını bildirib. O, təyin etdiyi penalti epizodundan sonra mübahisənin baş verdiyini təsdiqləyib: "Verdiyim qərar tamaşaçıların iradlarına səbəb oldu. Buna görə oyun dayandırıldı. Turalla Vaquf insident zamanı tamaşaçıları sakitləşdirirdi. Nə onlar, nə də tamaşaçılar tərəfindən döyülmüşəm. Sadəcə, oyun zamanı ayağım burxulub. Bu da meydanın vəziyyəti ilə əlaqədar olub. Keçirdiyimiz turnirdə Qusar "Şahdağ"ının futbolçuları da iştirak edir. Hətta əslən Qusardan olan "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyevin də iştirakı gözlənilir".
Qeyd edək ki, insidentin baş verdiyi turnir Şimal Regional Futbol Federasiyası, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzənin Gənclər və İdman İdarələrinin təşkilatçılığı ilə bölgə komandalarının iştirakı ilə keçirilir.
Tural Cəlilovun hakimi döyməsi barədə ilk xəbəri ölkə.az yazıb.