1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elxan Məmmədov Səmədova görə Rusiyanı günahlandırdı
Hazırda Rusiya yığmasında çıxış edən Moskva "Lokomotiv"inin futbolçusu Aleksandr Səmədovun Azərbaycan yığmasında çıxış etməməsinin səbəbi açıqlanıb. Sportnet.az-ın məlumatına görə, AFFA-nın baş katibi Elxan Məmmədov "Xəzər TV"dəki "Futbol saatı"na müsahibəsində Rusiya Futbol İttifaqını bu məsələdə ikibaşlı oyun sərgiləməkdə günahlandırıb.
O, 2012-ci ildə Səmədovla şəxsən görüşməmişdən öncə RFS rəhbərliyindən halallıq aldığını bildirib: "Mən rusiyalı həmkarlarımıza dedim ki, bu futbolçunu millimizə cəlb etmək istəyirəm. Əgər öz yığmanıza çağırmayacaqsınızsa, icazə verin, özü ilə danışıqlara başlayaq. Onlar qısa müddət vaxt istədilər, sonra da cavab verdilər ki, danışıq apara bilərsiniz. Mən Moskvada Səmədovla görüşdüm, istəyimizi dedim. O isə cavab verdi ki, Rusiya yığmasına çağırılmasa, Azərbaycan millisinə gələcək. Həqiqətən də Səmədovun dediyi kimi oldu. 2011-ci il oktyabrın 11-də AVRO-2012-nin seçmə qrup mərhələsinin Rusiya - Andorra matçının 80-ci dəqiqəsində o, meydana buraxıldı. Bununla da belə bir futbolçunun Azərbaycan millisinə yolu bağlandı. Özü də yığmamıza ona görə cavab verməyə tələsmirdi ki, Rusiya millisinə çağırılmaq ümidini itirməmişdi. 7 il gözlədi və sonda buna nail oldu. Fikrimcə, Səmədov 2014-cü il dünya çempionatında komandasının heyətində ən güclülərdən idi".
Qeyd edək ki, Aleksandr Səmədov AVRO-2016-da da çıxış edəcək.