
Ukraynanın "Çernomorets" klubunun baş məşqçisi Aleksandr Babiç "Qəbələ" ilə yollarını ayıran futbolçu Aleksey Qayın dönüşü variantına münasibət bildirib. Sportnet.az-ı məlumatına görə, ukraynalı çalışdırıcı 34 yaşlı yarımmüdafiəçinin Odessa təmsilçisinə qayıdışının mümkün olması ilə bağlı xəbəri təsdiqləyə bilmədiyini söyləyib.
O, bunu belə əsaslandırıb: "Klubumuzda belə söhbət olmayıb. Mənə elə gəlir ki, Aleksey Ukraynaya avrokuboklarda oynamaq üçün qayıdıb. Buna görə də düşünürəm ki, o, Avropa Liqası zonasında olan hansısa klubda qərarlaşacaq".
Qay 2015-ci ilin qışında "Qəbələ"yə məhz "Çernomorets"dən keçib.
Qeyd edək ki, Qaydan cəmi 3 yaş böyük olan Babiç Odessa klubunda onun məşqçisi olub və Roman Qriqorçukun "Qəbələ"yə gedişindən sonra baş məşqçi postuna keçib.