Avropa Liqasında Azərbaycanı təmsil edəcək "Kəpəz" ciddi itki ilə üzləşib. Sportnet.az-ın məlumatına görə, milli komandamızın da üzvü olan yarımmüdafiəçi Budaq Nəsirov Gəncə klubundan ayrılıb.
Bu haqda "Kəpəz"in fan-klubunun "Facebook" səhifəsi məlumat yayıb.
Nəsirovun növbəti mövsümü "Sumqayıt"da oynacağı bildirilir. O da qeyd olunub ki, 21 yaşlı futbolçu "Kəpzə"də qalmaq istəyib. Ancaq müqavilə ilə məxsus olduğu "Sumqayıt"ın rəhbərliyi buna icazə verməyib.