"Avropa çempionatına istədiyimiz kimi başlaya bilmədiyimiz üçün üzülürük. Birinci hissədə yaxşı oynadıq, xeyli qol şansımız oldu. Ancaq fasilədən sonra sürəti aşağı saldıq". Sportnet.az-ın məlumatına görə, bu fikirləri Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim deyib. Onun sözlərinə görə, çox güclü rəqib olan Xorvatiya yığması ikinci hissədə daha yaxşı təsir bağışlayıb: "Xorvatiya millisi final mərhələsində çox irəli gedə bilər. İspaniya və Çexiya ilə matçlarda istədiyimiz nəticəni qazanmaq bütün gücümüzü ortaya qoyacağıq. Topa daha çox sahib olmalıyıq. Bu, Xorvatiya ilə matçda ilk hissədə bizdən alındığından bərabər səviyyəli oyun getdi. Bu oyun bizə onunla dərs verdi ki, topu asanlıqla itirməməli, sonra yenidən əldə etmək üçün onun arxasınca qaçmamalısan".
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |