1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Futbolçu xoşagəlməz səsə görə meydandan qovuldu
İsveçin "Perşagen" klubunun futbolçusu Adam Lindin Lünqkvist "Yarna"nın əvəzedicilərdən ibarət komandası ilə oyunda qaz buraxdığı üçün meydandan qovulub. Sportnet.az-ın məlumatına görə, baş hakim Lünqkvistin hərəkətini digər oyunçunu qəsdən təxribata çəkmə kimi dəyərləndirib.
Onun fikrincə, xoşagəlməz səs qəsdən buraxılıb: "Mən də bunu yolverilməz davranış sayaraq, qırmızı vərəqə göstərdim".
Rəqib oyunçu Kristoffer Linde hakimi müdafiə edib. O, 8 illik karyerası ərzində meydanda ən qəribə səsi eşitdiyini bildirib: "Özüm uzaqda olsam da, səs mənə də çatdı".
Səbəbkarın özü isə qarnında problemi olduğu üçün qazı saxlaya bilmədiyini söyləyib: "Mən sadəcə, havanı korladım. Bu epizoddan sonra əvvəlcə sarı vərəqə aldım, sonra isə qovuldum. Şokda idim. Heç vaxt belə şey görməmişdim. Hakimdən "Məgər futbolçular oyun vaxtı qaz buraxa bilməzlər?" deyə soruşdum. O, "olmaz" cavabı verdi".