"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburqun "F91 Düdelanj" klubu ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Bakıda keçiriləcək qarşılaşmanı israilli hakimlər idarə edəcək.
Matçın baş hakimi Orel Qrinfild olacaq. Ona yan xətt hakimi qismində Danni Krasikov və İdan Yarkoni, 4-cü hakim kimi Menaşe Masiah kömək edəcək. Görüşün hakim-inspektoru serbiyalı Zdravko Yokiç, UEFA nümayəndəsi isə ukraynalı Vladimir Çorno olacaq
Qeyd edək ki, iyulun 12-də keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.