1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Araz Abdullayev: "Tənqidlərə həmişə normal yanaşmışam" - MÜSAHİBƏ
"Neftçi"nin kapitanı Araz Abdulalyev Avropa Liqasının II təsnifat mərhələsində Makedoniyanın "Şkendiya" klubu ilə oyundan sonra müsahibə verib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, yarımmüdafiəçi media nümayəndələrinin suallarına cavab verib.
- Nəticə sizi razı saldımı?
- Çətin oyun oldu. Hava da yaxşı deyildi. Amma buna baxmayaraq, komanda ən azı bir qol vurmaq üçün əlindən gələni etdi. Bunu səfərə yaxşı nəticə ilə yollanmaq üçün istəyirdik. Təəssüf ki, buna nail ola bilmədik. Qolsuz heç-heçəni də pis nəticə hesab etmirəm. Səfərdə vuracağımız bir qol bizim üçün çox böyük önəm daşıyacaq. İstirahət edib, cavab görüşünə yaxşı hazırlaşmaq lazımdır.
- "Neftçi" sanki heç-heçəyə oynayırdı. Bunu baş məşqçi Vəli Qasımov tapşırmışdı?
- Əlbəttə ki yox. Biz qələbəyə oynayırdıq. Bundan əvvəlki oyunda "Baltsan"a evdə məğlub olsaq da, azarkeşlər sağ olsunlar ki, bizi bu oyunda da dəstəklədilər. Onlara bu dəstəyə görə təşəkkürümü bildirirəm.
- Yeri gəlmişkən, "Baltsan"a məğlubiyyətə görə ən çox tənqid olunan sən idin...
- Necə böyük klubda oynadığımı yaxşı başa düşürəm. Azarkeşlərimizi də anlayıram. Həmin oyundakı səhvlərimizi nəzərə alsaq, bu cür tənqidləri normal saymaq lazımdır. Bunda problem görmürəm. Tənqidlərə həmişə normal yanaşmışam.
- Komandanızın oyunu alınmayanda adətən oyunu öz üzərinizə götürüb, qapıya zərbə vurmağa çalışırsınız. Amma "Şkeniya" ilə matçda bunu sizdən görmədik...
- Hücumda oynayan futbolçu üçün bunu etmək çətin olur. Əslində, şanslarımız vardı. Sadəcə, qapıya düşə bilmədim.
- "Neftçi" bu mövsüm hər üç qolu standart vəziyyətdən vurub. Fiziki cəhətdən güclü olan makedoniyalıları da bu cür cəzalandıra biləcəksiniz?
- Kim daha çox istəyəkəcsə, həmin komanda da qol vuraraq qalib gələcək.
- Cavab matçı əlavə vaxta da gedə bilər? 120 dəqiqə oynamağa hazırsınız?
- Gənclərdən ibarət kollektivimiz var. Fiziki cəhətdən rəqibdən zəif olduğumuzu deməzdim. Gücümüzü elə bölüşdürməyə çalışacağıq ki, əlavə vaxtda oynamaq lazım gəlsə, bunu da bacaraq.