1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Şkendiya"nın baş məşqçisi: "Ehtiyatlı olmalıyıq"
"İlk görüşdəki heç-heçəni qənaətbəxş sayıram. Mərhələ şansımız var. Bundan yararlanmalıyıq". Sportnet.az-ın Skopyeyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Makedoniya "Şkendiya"sının baş məşqçisi Bruno Akrapoviç "Neftçi" ilə Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşü öncəsi keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, "Neftçi"nin tarixindən və necə komanda olmasından xəbərdardırlar. Amma heç kim nəticənin necə olacağını əvvəldən deyə bilməz.
Akrapoviç təzyiq hiss etmədən öz oyunlarını sərgiləməyə və ələ düşən imkanlardan yararlanmağa çalışacağını vurğulayıb: "Oyuna yaxşı hazırlaşmışıq. Hər cür nəticə baş verə bilər. Ona görə də ehtiyatlı olmalıyıq. Penaltilər seriyası bizim C planımızdır. Növbəti rəqib haqda hələ düşünmürük. Düzdür, mərhələ keçsək, hazırlıq üçün vaxtımız az olacaq. Amma rəqibi analiz etməyə kifayət qədər imkanımız olacaq".
49 yaşlı mütəxəssis heyətdə dəyişiklik etməyə, oyuna dominantlıq edəcəkləri halda onun axarını dəyişmələrinə ehtiyac duymadıqlarını bildirib: "İlk oyunda mərkəzdən daha çox hücuma keçirdik. Cinahlardan da yararlanırdıq, amma qol vura bilmirdik".
Qeyd edək ki, iyulun 21-də Skopyedəki II Filipp adına Milli Arenada keçiriləcək "Şkendiya" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Bu komandalar arasında ötən həftə Bakıda keçirilmiş ilk qarşılaşmada hesab açılmayıb. "Neftçi"ni cavab görüşündə istənilən hesablı qollu heç-heçə də qane edir.