1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Roman Qriqorçuk: "Cütün taleyinin həll olunması ilə bağlı fikrimiz yoxdur"
"MTK ilə qarşılaşmada qalib gəlmək üçün çox yaxşı oynamalıyıq. Macarıstandakı matçdan sonra rəqibi daha yaxşı tanıyırıq. Həmişə göstərdiyimiz oyun üslubunda çıxış edib, səfərdəki səhvləri təkrarlamamalıyıq. Bu matçda da hücum futbolu nümayiş etdirəcəyik". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində sabah keçiriləcək MTK (Macarıstan) ilə ev matçından öncə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, ilk oyunda səfərdə 2:1 hesabı ilə qalib gəlmələri arxayınlaşmalarına əsas vermir: "Əlbəttə ki, böyükhesablı qələbə qazanmaq istəyərdik. Lakin MTK kimi rəqiblə görüşdə buna nail olmaq asan deyil. Futbolçularla söhbətimiz olub. Onların da oyunun məsuliyyətini dərk etdiyini görürəm. Çünki onlar də rəqibə bələddirlər və onun güclü olduğu bilir, işlərinə məsuliyyətlə yanaşırlar. Komandamızda cütün taleyinin həll olunması ilə bağlı fikir yoxdur. Mən də, futbolçular da yalnız sabahkı matçı düşünürük. Çünki bizi çətin oyun gözləyir".
Qriqorçuk bildirib ki, növbəti mərhələdə "Lill”lə qarşılaşa biləcəkləri isə əlavə motivasiyadır: "Çünki MTK səddini keçsələr, növbəti mərhələdə böyük komanda ilə qarşılaşacaqlar. İndiki durumda komandamdan razıyam. Hələ istədiyimiz oyunu tam nümayiş etdirməsək də, komanda bacardığını göstərir”.